• SOSİAL

    11:24 27 mart 2019

Nostrifikasiya və akkreditasiyaya məsul qurumlar müəyyənləşib

Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) və təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirəcək qurumlar müəyyənləşib.

ONA-nın xəbərinə görə, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi, təhsil müəssisələrinin akkreditasiyasını isə nazirliyin Hüquq şöbəsi həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR