Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, bu məsələ müzakirə edilir.
ONA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də futbol üzrə Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək: "Ölkədə kütləvi tədbirlər keçirilən zaman kütləvi imtahanların da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilək tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".