• SOSİAL

    14:00 7 noyabr 2024

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

ONA xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülüb.

Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə artıq 30 min nəfərədək insan yaşayır.

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb  - FOTO  - YENİLƏNİB Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb  - FOTO  - YENİLƏNİB Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb  - FOTO  - YENİLƏNİB Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb  - FOTO  - YENİLƏNİB Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb  - FOTO  - YENİLƏNİB

ONA

Teqlər:

SON XƏBƏRLƏR