• SOSİAL

    14:54 29 may 2024

Növbəti köç karvanı Xocalıya çatıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

ONA xəbər verir ki, Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb.

Ailələr artıq Xocalı şəhərinə çatıb. Gələn ailələri Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə evlərin açarları paylanılıb.

Qeyd edək ki, köçürülən ailələr respublikanın müxtəlif ərazilərində yardımçı tikililər və müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan xocalılar olub. İndiyədək Xocalı şəhərində 44 ailə, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.

Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO Növbəti köç karvanı Xocalıya çatıb - FOTO  - YENİLƏNİB  - VİDEO

ONA

Teqlər:

SON XƏBƏRLƏR