• SOSİAL

    12:19 22 mart 2019

Novruz bayramı Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda qeyd edilib

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilati dəstəyi ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun baş ofisində Novruz şənliyi keçirilib.

Səfirlikdən ONA-ya verilən məlumata görə, tədbirdə Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun çoxmillətli əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, həmçinin Dünya Bankında fəaliyyət göstərən Azərbaycanlılar Assosiasiyasının üzvləri iştirak edib.

Dünya Bankı Qrupunun icraçı direktoru Verner Qruber (Werner Gruber) və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Pol İnderbinen (Paul Inderbinen) çıxışlarında Novruzun ABŞ-da qeyd edilməsinin əlamətdar hadisə olduğunu qeyd ediblər.

Qonaqlar Novruz şənliyi çərçivəsində tarixi adət-ənənələr, o cümlədən Novruza məxsus özəlliklərlə yaxından tanış olublar. Onlara Azərbaycan milli mətbəxinin nümunələri, həmçinin Novruzun əsas simvolları olan milli şirniyyatlar təqdim edilib.

Şənlikdə Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdlərinin ifasında milli rəqslər nümayiş olunub.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR