• SOSİAL

    15:45 5 dekabr 2020

Novruz bayramında 7 gün iş olmayacaq

2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq.

Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR