• SOSİAL

    17:42 1 aprel 2019

NRYTN autizm sindromlu uşaqlara kompüterlər hədiyyə edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) 2 aprel - Ümumdünya Autizm Maarifləndirmə günü münasibətilə autizm spektr pozuntuları diaqnozlu uşaqlara növbəti dəstəyini göstərib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, autizmli uşaqların reabilitasiya keçdiyi “Birgə və Sağlam” İctimai Birliyinin reabilitasiya mərkəzinə kompüterlər hədiyyə edilib.

Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onlara kompüter və İT bacarıqları aşılamaq, onların informasiya texnologiyaları sahəsində peşələrə yiyələnmələrinə şərait yaratmaqdır.

Nazirliyin təqdim etdiyi kompüterlər 70-ə qədər uşağın reabilitasiya keçdiyi mərkəzdə quraşdırılaraq istifadəyə verilib.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlarda autizm spektr pozuntuları və ölkəmizdə bu istiqamətdə görülən işlər haqqında məlumat verib.

Qeyd edək ki, bu gün hər 59 uşaqdan biri autizm spektr pozuntuları diaqnozu ilə dünyaya gəlir. Araşdırmalar göstərir ki, xəstəliyin yayılma sürəti hər il təxminən 10 faiz artır. Ölkəmizdə də bu say ildən-ilə çoxalır.

Xatırladaq ki, BMT-nin Baş Assambleyasının müvafiq qərarına əsasən 2008-ci ildən etibarən hər il 2 aprel tarixi dünyada Ümumdünya Autizm Maarifləndirmə günü kimi qeyd edilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR