• SOSİAL

    18:39 5 noyabr 2019

Oktay Gülalıyev Türkiyəyə aparılacaq

“Türkiyədən gələn həkimlərin bildirdiyinə görə atamın vəziyyəti ağırdır”.

APA-nın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev "Facebook" səhifəsində məlumat verib. O bildirib ki, həkimlər O.Gülalıyevin Türkiyəyə aparılmasında heç bir təhlükə olmadığını bildiriblər: “Ailəsi olaraq onun aparılması üçün razılıq verdik. Hazırda atamın Türkiyəyə aparılması üçün hazırlıq işləri görülür”.

Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov APA-ya bildirib ki, Oktay Gülalıyevin sabah İstanbula aparılacağı gözlənilir.

Onun sözlərinə görə, hələlik vaxt və məkanla bağlı məlumatlar dəqiqləşdirilir: “Hazırlıq işləri gedir. Vaxt və xəstəxana müəyyən edildikdən sonra Oktay Gülalıyev Heydər Əliyev Fondu vasitasilə Türkiyəyə aparılacaq”.

Baş həkim hüquq müdafiəçisinin vəziyyətinin ağır olduğunu bildirib.

O. Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva APA-ya bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu həyat yoldaşının müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq. F. Gülalıyeva Heydər Əliyev Fondundan ona zəng edərək, O. Gülalıyevin vəziyyəti ilə maraqlandıqlarını deyib.

O qeyd edib ki, Fond Oktay Güləliyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.

Qeyd edək ki, Oktay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR