“Bu ilə yeniliklərlə başladıq. Belə ki, proqnozlara əlçatanlığı təmin etmək üçün bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meteo.az saytına daxil olmaqla hava haqqında məlumatları daha geniş əldə etmək olacaq”.
ONA-nın xəbərinə görə, bunu “Ekspert saatı”nda ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, istənilən insan Bakı şəhəri və respublikanın bütün bölgələri üzrə 7 günlük proqnozları əldə edə bilsin: "Proqnozların etibarlı olması üçün bütün səyləri göstərəcəyik”.
U.Tağıyeva qeyd edib ki, Meteo.az saytında videomateriallar olacaq: “Saytda fermerlər üçün faydalı olan aqrometeorolji məlumatlar yerləşdiriləcək. Meteohəssas insanlar üçün ayrıca bölmə nəzərdə tutulub və orada tibbi-meteoroloji məlumatlar yerləşdiriləcək. Bununla yanaşı, ölkədə gözlənilən hər hansı anomal hidrometeroloji hadisələr barədə xəbərdarlıq bölməsi də nəzərdə tutulub".