• SOSİAL

    10:50 10 mart 2021

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb, Bakıda ən yüksək yoluxma Binəqədidədir

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

APA "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.5 faiz. Aranda 13.1 faiz, Abşeronda 12.9 faiz, , Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.8 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakının rayonları üzrə hazırda koronavirusa ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.1 faiz, Sabunçuda 10.8 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.2 faiz, Səbaildə 5.1 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR