[color=red]Ölkə üzrə COVID-19-a yoluxma statistikası: [/color]Bakıda ən yüksək yoluxma Binəqədidədir
  • SOSİAL

  • 10:37 19 Aprel 2021

Ölkə üzrə COVID-19-a yoluxma statistikası: Bakıda ən yüksək yoluxma Binəqədidədir

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

APA "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 54.2 faiz, Abşeronda 12.8 faiz, Aranda 12.0 faiz , Gəncə-Qazaxda 7.5 faiz, Şəki-Zaqatalada 4.0 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.3 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.3 faiz təşkil edir.

Bakının rayonları üzrə koronavirusa hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, bu rayonda koronavirusa yoluxma 14.8 faiz, Xətaidə 13.4 faiz, Yasamalda 12.4 faiz, Sabunçuda 10.9 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Nəsimidə 8.0 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 7.0 faiz, Səbaildə 5.1 faiz, Qaradağda 4.6 faiz,  Pirallahıda 0.5 faiz təşkil edib.

ONA

Teqlər: koronavirus