• SOSİAL

    17:49 8 aprel 2020

Ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb - Operativ Qərargah

“Ötən həftə ölkədə ərzaq təhlükəsizldiyini təmin etmək üçün təlimat işlənib hazırlandı, təsdiqləndi”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, Koronavirusla Mübarizə Fondunda 110 milyon manat ianə yığılıb: “Ölkəyə kifayət qədər şlenmlər, skafandrlar, maskalar gətirilib. Bu günə ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində 450 mindən artıq tibbi maska satılır".

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri qeyd edib ki, aprelin 7-i və 8-i ərzində 3073 nəfər karantin rejimini pozan şəxs barəsində tədbir görülüb: “12 nəfər inzibati həbs edilib. 2 ictimai iaşə müəssisəsinin işlədiyi aşkarlanıb, 1 cinayət işi üzrə 2 nəfər həbs edilib. 2 nəfər jurnalist vəsiqəsi satdığı üçün həbs edilib. Bəzi dövlət qurumlarının işçilərinin 30 faizindən çoxuna icazə verilib. Başqa özəl şirkətlər tərəfindən də icazə.gov.az şirkətinə müraciətlər olunub”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR