• SOSİAL

    15:42 25 fevral 2019

Ombudsman: "Alimentin ödənilməməsinə görə şikayətlər artmaqdadır"

Ombudsman Elmira Süleymanova uşaqların, habelə onları böyüdən tənha anaların hüquqlarının və qanuni maraqlarının təmin edilməsi məqsədilə aliment tələbinə dair məhkəmə qərarlarının icrasının təmini sahəsində mövcud problemlərin həllinə dair hüquqi-mexanizmin müəyyənləşdirilməsini təklif edib.

ONA-nın xəbərinə görə, bu, ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər artmaqdadır. Bu hal cəmiyyətdə getdikcə ciddi problemə çevrilməkdədir. Məruzədə nəzərə çatdırılır ki, keçən il alimentin ödənilməməsinə dair 552 müraciət daxil olub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR