Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə 9 sentyabr 2020-ci il tarixində bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə azyaşlı uşağın ögey atası tərəfindən fiziki zorakılığa məruz qalması barədə yayılmış məlumatların yerində araşdırılması məqsədi ilə Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhərində olublar.
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, araşdırma çərçivəsində Ombudsmanın nümayəndələri, o cümlədən ixtisasca psixoloq olan əməkdaş tərəfindən həmin ailə ilə görüş keçirilib, anasının iştirakı ilə azyaşlı qızla, habelə uşağın valideynləri ilə fərdi qaydada söhbətlər aparılıb. Mövcud vəziyyətdə valideyn və uşağın hüquq və vəzifələri barədə onlara hüquqi məsləhət verilib, uşağın hüquq və mənafelərinin təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Məsələ Ombudsmanın nəzarətindədir.