• SOSİAL

    11:29 27 fevral 2019

Ombudsman: "Pensiya yaşına 7-10 il qalmış işçilərin ixtisarı qadağan edilməlidir"

İşçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri də pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir.

ONA-nın xəbərinə görə, bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problemdir: “Ona görə də yaşa görə əmək pensiyası yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması, bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina edilməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavələrin edilməsi zəruridir”.

Sənəddə bildirilir ki, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra qurumlarda əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara şənbə və bazar, habelə bayram günləri üçün müavinətin ödənilməməsi qanunvericiliyə ziddir: “Müavinət iş günləri üzrə deyil, təqvim günləri üzrə ödənilməlidir. Bunu nəzərə alaraq, Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsit haqqında Əsasnamə"nin 1.1-ci maddəsinə uyğun olaraq, faktiki təqvim günləri üzrə hesablanması təmin edilməlidir”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR