• SOSİAL

    12:24 15 avqust 2020

Operativ Qərargah: Açılmalara gedəndə yoluxmada artmalar ola bilər

“Vətəndaşlarımızı gündəlik yoluxma saylarında kiçik artmalar narahat edir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, amma buna hazırlıqlı olmalıyıq: “Biz açılmalara gedəndə gigiyenik qaydalara riayət etsək, rəqəmləri bu səviyyədə saxlaya biləcəyik. Ümumi ölkə üzrə çarpayıların doluluğu 14% təşkil edir. Çarpayı fondumuzda heç bir problem yoxdur. Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər. Əsas odur, bu rəqəmlər nəzarətdə saxlanıla bilsin”.

Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, dünyada koronavirusa yoluxmanın hazırda 21 milyondan çox olduğunu görürük.

O bildirib ki, Azərbaycan da bu prosesləri yaxından izləyir: “Xüsusilə Avropa ölkələrində karantin rejiminin sərtləşdirilməsi və yeni karantin qaydaları tətbiq edilir. Azərbaycanda son günlərdə rəqəmlərdə olan müsbət tendensiya bizi sevindirir. Vətəndaşların təmkinli, səbrli davranışı nəticəsində biz buna nail olmuşuq. Son günlər rəqəmlərdə cüzi artım vətəndaşların aktiv həyatından asılıdır. Ölkələrdə koronavirusun yayılma tendensiyası öyrənilərək müvafiq açılmalar həyata keçirilir. Bu, müvafiq qaydalar çərçivəsində baş verir. Bu gün də ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsi ilə bağlı qərar açıqlanıb”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR