• SOSİAL

    12:50 5 mart 2020

Operativ Qərargah: Uşaqları qapalı yerlərə aparmayın

"Martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir. Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu müddətdə qapalı yerlərə aparmasınlar".

APA-nın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu cür yerlərdə nəinki koronavirus, bütün virusların yayılma riski çox olur: "Ümumilikdə bütün əhalidən xahiş edirik ki, hamı verdiyimiz tövsiyələrə əməl etsin. Karantinə alınan şəxslər iki qrupa bölünür. Bir qrupu xəstəlik əlamətləri olanlardır, onlar ayrı yoxlanılır. Bir də var xəstəlik əlamətləri olmayanlar, onlar da ayrı yoxlanılır. Analiz cavabı bilinənlər karantində qalmaq şərti ilə evə buraxılır".

ONA

Teqlər:

SON XƏBƏRLƏR