• SOSİAL

    11:13 18 yanvar 2021

Oqtay Şirəliyev, Zaur Əliyev və Ramin Bayramlı koronavirus əleyhinə peyvənd olunub

Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub.

APA-nın məlumatına görə, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub.

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlər arasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da olub.

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR