• SOSİAL

    16:34 12 mart 2019

Orqan transplantasiyasına dair qanunun adı ilə bağlı razılığa gəlmək mümkün olmayıb

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə parlamentdə təşkil edilən orqan transplantasiyasına həsr olunmuş ictimai dinləmələrdə qanun layihəsinin adı ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

ONA-nın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, layihənin hazırlanması ilə əlaqədar yaradılmış İşçi Qrupunun rəhbəri Musa Quliyev qanunun adının “Orqan transplantasiyası haqqında” olmasını təklif edib.

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov da qanunun “Orqan transplantasiyası haqqında” adlandırılmasını dəstəkləyib, qanunun özündə toxuma anlayışı barədə məlumat verilməsinin yetərli olacağını söyləyib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dünya və MDB praktikasına diqqət yetirdiyini, bu qanunların “Orqan və toxuma transplantasiyası haqqında” qanunlar adlandırıldığını bildirib. Azərbaycanda da bu qanunun “Orqan və toxuma transplantasiyası haqqında” qanun adlandırılmasını dəstəklədiyini söyləyən Ə.Əmiraslanov qanunun adı ilə bağlı məsələyə Səhiyyə Komitəsinin iclasında bir daha qayıdılacağını qeyd edib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR