Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərə təşkil edilən müntəzəm avtobus reyslərinin mart ayı üzrə statistikası açıqlanıb.
Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Bakı Beynəlxalq Avtovağzaldan Şuşaya 799, Ağdama isə 154 sərnişin daşınıb.
Bununla yanaşı, Bərdə avtovağzalından Ağdama - 408, Əhmədbəyli avtostansiyasından isə Şuşa köhnə avtovağzalına - 470 sərnişin daşınıb.