Əczaçılıq şirkətləri tərəfindən Azərbaycana idxal olunan dərman preparatlarından 30 335 nümunə götürülərək laborator yoxlamaların aparılması təşkil edilib.
ONA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda yer alıb.
Sənəddə göstərilib ki, ötən il dərmanların keyfiyyətinə nəzarət məqsədilə aparılmış növbədənkənar yoxlamalar nəticəsində 57 adda 173 qutu dərman vasitəsi dövriyyədən çıxarılıb.