• SOSİAL

    15:40 29 mart 2019

ATU-nun Tədris Cərrahiyyə Klinikasında müalicə olunan xəstələrin sayı artıb

2017-ci il ilə müqayisədə 2018-ci idə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ümumi xəstə sayı artaraq 111.748 nəfərdən 141.452 xəstəyə çatıb. Poliklinik xəstə sayı 91.035-dən 142.447 nəfərə qədər yüksəlib.

Universitetin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasında (TCK) 2018-ci ilin yekunlarına həsr olunmuş toplantıda məlumat verilib.

Bildirilib ki, ötən il stasionara daxil olmuş xəstə sayı 18491 (bundan əvvəlki il 15.948), əməliyyat olunmuş xəstə sayı isə 10195 (2017-ci ildə 8906 nəfər) olub. Laboratoriya şöbəsinə qeydiyyat sayı da 258.877 olub.

Toplantıda klinikanın baş həkimi, professor Ramiz Poluxovun hesabatı dinlənilib.

Yekunda hesabat qəbul edilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR