Ötən il ölkə əhalisinin sayı 85651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10067108 nəfərə çatıb.
Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Ölkə üzrə əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olmuş və bu göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.