• SOSİAL

    12:30 1 aprel 2019

Ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb

Ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4% azdır. ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə ,əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7% azalaraq 402 nəfər, qızların sayı isə 15,1% azalaraq 349 nəfər olub.

2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5%, 3-5 yaşlı uşaqların sayında 19,2%, 6-10 yaşlı uşaqların sayında 21%, 11-17 yaşlı uşaqların sayında isə 11,9% azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.

Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qızdır.

Hesabat ilində Azərbaycanın məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülməsi barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5% artaraq 67 olub.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR