Ötən il Azərbaycanda 7605 nəfər insultdan ölüb
  • SOSİAL

  • 13:33 19 May 2020

Ötən il Azərbaycanda 7605 nəfər insultdan ölüb

Ötən il Azərbaycanda insultdan ölənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə insultdan 7605 nəfər ölüb. Onlardan 3539 nəfəri kişi,  4066 nəfəri qadındır.

Bildirilib ki, ölənlərdən 29 nəfəri 18-29, 23 nəfəri  30-34, 40 nəfəri 35-39, 67 nəfəri 40-44, 148 nəfəri 45-49, 262 nəfəri 50-54, 497 nəfəri 55-59, 749 nəfəri 60-64, 815 nəfəri 65-69, 739 nəfəri  70-74, 1073 nəfəri 75-79, 1691 nəfəri 80-84, 1472 nəfəri isə 85 və yuxarı yaş qrupuna aid şəxslərdir.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR