• SOSİAL

    10:33 17 avqust 2019

Ötən il Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən 33909 nəfər ölüb

Ötən il Azərbaycanda hipertoniya diaqnozu ilk dəfə qeydə alınan xəstələrin sayı 48031 nəfər olub.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 23287 nəfəri kişi, 24744 nəfəri qadındır. Xəstələrdən 143-ü 0-13, 205-i 14-17, 6427-si 18-29, 41256-sı 30 və yuxarı yaş qruplarına aid şəxslərdir.

Ötən ilin sonuna olan məlumata əsasən, müalicə-profilaktika müəssisələrində hipertoniya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 111086 nəfər olub. Onlardan 55853 nəfəri kişi, 55233 nəfəri isə qadındır. Xəstələrdən 344-ü 0-13, 185-i 14-17, 9422-si 18-29, 101135-i 30 və yuxarı yaş aralığına aiddir.

Bildirilib ki, xəstəxanalarda hipertoniyadan müalicə olunanların sayı isə 13442 nəfərdir.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə ümumilikdə qan dövranı sisteminin xəstəliklərindən ölənlərin sayı 33909 nəfər olub. Onlardan 17034 nəfərini kişi, 16875 nəfərini qadınlar təşkil edib. Qan dövranı sisteminin xəstəliklərindən ölənlərin sayı digər şəhər və rayonlara nisbətən Bakı (8055 nəfər) və Gəncə (1434 nəfər) şəhərlərində daha çox olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR