• SOSİAL

    13:15 28 fevral 2019

Ötən il "Dini etiqad azadlığı haqqında" qanunu pozanlar 62 min manat cərimə ödəyib

2018-ci ildə "Dini etiqad azadlığı haqqında" qanuna zidd olan təbliğat apardıqları üçün 200 nəfər polis orqanlarına çağırılıb, onlardan 151 nəfəri inzibati məsuliyyətə cəlb edilib.

ONA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev bildirib.

Onun sözlərinə görə, bu şəxslərdən 14 nəfəri inzibati həbs cəzasına məhkum edilib, 43 nəfəri 62 min manat məbləğində cərimə ödəyib. Həmin şəxslərdən 14 nəfər barədə materiallar təhqiqat xidmətində rədd edilib, 30 nəfər azyaşlı barədə materiallar baxılması üçün inzibati komissiyalara göndərilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR