• SOSİAL

    12:01 29 aprel 2019

Ötən il insan alveri qurbanlarının övladlarından 16-nın atalığı müəyyən edilib

Ötən il insan alveri qurbanlarının övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramlarına yönəldilib, 16-nın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 13-nə lazımi sənədlərin alınmasında köməklik edilib.

ONA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında bildirilib.

Sənəddə həmçinin qeyd edilib ki, xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı "152" qaynar xətt telefon xidmətinə daxil olan 6 310 müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR