• SOSİAL

    12:19 15 mart 2019

Özəl və dövlət tibb təchizatçılarının göstərdiyi xidmətlərin bölgüsü açıqlanıb

Özəl və təsərrüfat hesablı dövlət tibb təchizatçıları tərəfindən göstərilmiş tibbi xidmətlərin bölgüsü məlum olub.

ONA-nın məlumatına görə, bu barədə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2018-ci il üzrə fəaliyyətinə dair hesabatı”nda bildirilib.

Sənəddə qeyd edilib ki, 2018-ci ildə pilot layihə çərçivəsində digər tibb təchizatçılarına göndəriş əsasında sığortaolunanlara 1014 müraciət üzrə ümumilikdə 3212 sayda tibbi xidmət göstərilib.

Göstərilmiş xidmətlərin bölgüsü 77,51% ürək-damar cərrahiyyəsi, 7,68% neyrocərrahiyyə, 2,81% travmatologiya, 3,15% urologiya, 0,56% oftalmologiya, 0,34 % ginekologiya/doğuş, 3,18% ümumi cərrahiyyə və 4,77% digər sahələrdə olmaqla ümumi dəyəri 2219,81 min manat təşkil edib.

Qeyd edilib ki, sözügedən xidmətlər Agentliklə müqavilə əsasında bir sıra özəl və təsərrüfat hesablı dövlət tibb təchizatçıları tərəfindən göstərilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR