PA: 9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən, 1800 nəfər cəzadan azad edilib
"Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər nəticəsində bir sıra cəzalar de-kriminallaşdırılıb, yeni cəza növləri Cinayət Məcəlləsinə daxil edilib".
ONA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev deyib.
Onun sözlərinə görə, cəza siyasətinin humanistləşdirilməsi tədbirləri 14 min nəfərə şamil olunub.
V. İsayev qeyd edib ki, 9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən, 1800 nəfər isə cəzadan azad edilib: "Onlardan 800-ü azadlıqdan məhrum edilmiş şəxslər olub. Qeyd edim ki, bu rəqəmlər əfv və amnistiya aktlarını əhatə etmir".