• SOSİAL

    15:39 18 iyun 2019

“Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun layihəsi ilə bağlı işçi qrup yaradılıb

Azərbaycanda “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar işçi qrup yaradılıb.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda bildirilib ki, hazırda pasiyentin hüquqları 1997-ci ildə qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir.

Lakin müasir tələblər nəzərə alınmaqla yeni “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanması üçün Səhiyyə Nazirliyinin, Milli Məclisin Səhiyyə komitəsinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin üzvlərindən ibarət işçi qrupunun yaradılmasına qərar verilib.

Yeni qanun layihəsinin 2020-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR