• SOSİAL

    01:35 14 mart 2019

Peşə təhsili müəssisələrində tədris qrupları üzrə orta sıxlıq müəyyən edilib

Nazirlər Kabineti “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” qərar verib.

ONA-nın məlumatına görə, “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqamətində “Memarlıq hissələrinin modelləşdirilməsi və yapılması”, “Dekorativ suvaq və yapma məmulatlarının bərpası”, “İnşaat işlərinin bərpası”, “Xalça və xalça məmulatlarının bərpası”, “Daş və ağac memarlıq abidələrinin bərpası”, “Musiqi alətlərinin bərpası”, “İnteryer və eksteryerin bədii tərtibatı”. “Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar”, “Ağac və parça üzərində naxış və rəssamlıq”, “Xalq bədii yaradıcılığı”, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqamətində “Kino-video nümayişi”, “Fotoqraf işi”, “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqamətində “Tikiş istehsalatı” və “Modelçilik və dizayner” ixtisas qrupları üzrə tədris qruplarında orta sıxlıq 10 nəfərdən az 20 nəfərdən çox olmamaqla müəyyən edilib.

Bu peşə istiqamətləri istisna olmaqla, digər peşə istiqamətləri üzrə tədris qrupları 15 nəfərdən az 20 nəfərdən çox olmamaqla formalaşdırılmalıdır. Tədris qruplarında təhsilalanların sayı 16 nəfərdən çox olduqda, laboratoriya və istehsalat təlimi dərslərində həmin qruplar 2 yarımqrupa bölünə bilər.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR