• SOSİAL

    12:03 5 aprel 2019

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor əvəzi təyin olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor əvəzi təyin olunub.

Təhsil Nazirliyindən ONA-ya verilən xəbərə görə, təhsil naziri Ceyhun Bayramovun əmri ilə Pərviz Yusifov Agentliyin direktor əvəzi təyin olunub.

Pərviz Yusifov indiyədək nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi işləyən Amil Əlili isə qurumun direktor müavini vəzifəsinə təyin olunub.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR