Pilot ərazilərdə (Mingəçevir ŞMX, Yevlax RMX və Ağdaş RMX) səhiyyə xərclərinin maliyyələşdirilməsinə sərf olunan vəsaitin məbləği məlum olub.
ONA-nın məlumatına görə, bu barədə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2018-ci il üzrə fəaliyyətinə dair hesabatı”nda bildirilib.
Sənəddə qeyd edilib ki, ümumilikdə 2018-ci il üzrə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 32 660,39 min manat vəsait sərf edilib. Bu vəsaitin 26 921,34 min manatı Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının (ilkin səhiyyə xidməti daxil olmaqla), 2 307,89 min manatı pilot ərazilərdə göstərilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər üçün Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb təchizatçılarının, 3 431,16 min manatı isə əvəzləşdirilə bilinməyən və dövlət büdcəsinə geri qaytarılmış əlavə dəyər vergisinin payına düşür.