Azərbaycan əhalisinin piylənmə dərəcəsinə görə Gürcüstan və Qazaxıstandan öndədir
  • SOSİAL

  • 15:05 18 May 2019

Azərbaycan əhalisinin piylənmə dərəcəsinə görə Gürcüstan və Qazaxıstandan öndədir

Azərbaycan əhalisinin piylənmə dərəcəsinə görə Gürcüstan, Qazaxıstan,Tacikistan, Qırğızıstan və Türkmənistandan daha öndədir.

ONA xəbər verir ki,  bunu Azərbaycan Bariatrik-Metabolik Cərrahiyyə Assosiasiyasının sədri Taryel Ömərov 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresində çıxışı zamanı deyib.

O bildirib ki, qadınlarda kişilərdən iki dəfə çox piylənməyə rast gəlinir. Piylənmənin qarşısını almaq üçün hormonal balansa diqqət yetirmək lazımdır: “Piylənmənin əsrin bəlası olan xərçənglə sıx əlaqəsi var. Ən çox piylənmə xərçəngdən əziyyət çəkən pasiyentlərdə müşahidə olunur. Piylənmədən əziyyət çəkməyən insanlar daha çox təbii qidalarla qidalanırlar". 

Həkim bildirib ki, piylənmənin əsas fəsadlarından biri ikinci tip şəkərli diabetdir: “2030-cu ildə 438 milyon insan ikinci tip şəkərli diabetdən əziyyət çəkəcək. 2040-cı ildə bu rəqəmin 642 milyona çatacağı proqnozlaşdırılır. Bariatrik cərrahiyyə təkcə piylənmə ilə deyil, eyni zamanda piylənmədən əmələ gəlmiş xəstəliklərlə də mübarizədir. 2015-ci ildə aparılmış bir araşdırmaya görə, hər 6 saniyədən bir şəkərli diabet xəstəliyinə tutulmuş insanlardan biri dünyasını dəyişir”.

OXŞAR XƏBƏRLƏR