• SOSİAL

    17:15 3 fevral 2020

Prezident İlham Əliyev Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib

Azərbaycan Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, P. Bülbüloğlu Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə təltif edilib.

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR