• SOSİAL

    12:05 10 dekabr 2020

Polad Həşimovla İlqar Mirzəyevin ailə üzvlərinə və İbad Hüseynova Prezidentin aylıq təqaüdü təyin olunub

Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı Sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Məlumata görə, digər sosial təminat növləri kimi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur. Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.

Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR