• SOSİAL

    17:21 22 iyul 2020

Prezident "APA Group"un 5 əməkdaşını mükafatlandırıb

Prezident İlham Əliyev Milli Mətbuatın yaranmasının 145 illiyi münasibəti ilə Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının təltif olunması haqqında sərəncamlar imzalayıb.

APA-nın məlumatına görə, təltif olunanlar arasında “APA Group”un 5 əməkdaşı da var.

Dövlət başçısının sərəncamları ilə Abışova Vüsalə Mahir qızı və Ağayarov Şərif Ziyadxan oğlu “Tərəqqi” medalı, Cürənov Ramiz Mikayıl oğlu və Həsənov Vüqar Hüseynəli oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib, Həmidi Sevinc Vaqif qızına isə “Əməkdar Jurnalist” adı verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR