• SOSİAL

    16:12 20 sentyabr 2020

Prezident İlham Əliyev: “Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Facebook” səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib.

ONA-nın məlumatına görə, paylaşımda qeyd edilib ki neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır.

Bildirilib ki, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu var: “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz nə qədər güclü, qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR