Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.
ONA xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı çirklənmiş ərazilərin təmizlənməsi” layihələri barədə Prezident İlham Əliyevə məlumat verib.
Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən Suraxanı rayonunda keçmiş yod-brom zavodunun ərazisində lay suları, duz, yod və digər tullantılarla çirklənmiş 67 hektar sahənin təmizlənərək bərpa edilməsi, kollektor-drenaj sisteminin qurulması işləri uğurla icra olunub. Ümumilikdə, indiyədək bu ərazidə yerli iqlim şəraitinə uyğun 50 mindən çox müxtəlif növ ağac əkilərək böyük yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.
Heydər Əliyevin anadan olmasının 96–cı ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında 4 hektar ərazidə, ümumilikdə, 3250 ağac əkilib. Ağaclar əraziyə çəkilmiş müasir, avtomatlaşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılır. Suvarma üçün su isə Hövsan Aerasiya Stansiyasından götürülür və təmizləyici qurğularda təmizləndikdən sonra suvarmaya ötürülür. Damcılı suvarma sisteminin elektrik enerjisi ilə təchizatı Suraxanı Günəş Elektrik Stansiyası hesabına təmin ediləcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aksiyada iştirak edən gənclərlə görüşüblər. Dövlət başçısı gənclərə ekoloji durumun yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə təşəkkürünü bildirib. Azərbaycan gənclərinin çox önəmli sosial-ekoloji layihələr icra etdiyini deyən dövlət başçısı Bakının daha da gözəlləşdiyini, yaşıllaşdığını vurğulayıb.
***
11.25
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.
ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.