Prezident İlham Əliyev “Media haqqında” qanunu təsdiqləyib.
APA-nın məlumatına görə, bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.