Dünən Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə əmanətlərin sığortalanması müddətinin uzadılması barədə qanun layihəsi daxil olub.
APA-nın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində bildirib.
Qanun layihəsi yaxın vaxtlarda keçirilən iclaslarda müzakirəyə çıxarılaraq qəbul ediləcək.
Qeyd edək ki, 4 mart 2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanılıb. Bu şərtlər çərçivəsində, 4 Mart 2016-cı il - 4 Mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub.