• SOSİAL

    12:30 27 fevral 2020

Qanunsuz ovla bağlı cərimə məbləğləri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğlərini açıqlayıb.

ONA-nın xəbərinə görə, ETSN-in sektor müdiri Arzu Səmədova jurnalistlərə açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, qadağan edilmiş alət və üsullarla ovetmə 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək islah işləri, yaxud 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır: "Qanunvericiliyə əsasən, qanunsuz ovla bağlı cərimələrin miqdarı ovlanan heyvan növlərinə görə dəyişir. Məsələn, bir baş bəbiri qanunsuz ovlamaq 3300 manat, bir ceyran ovlamaq 550 manat, qonur ayı üçün 440 manat, şahin quşu üçün 1100 manat, bəzgək üçün 330 manat, dovdaq üçün 550 manat turac 330 manat, qu quşu üçün isə cərimə məbləği 550 manatdır".

Sektor müdiri qeyd edib ki, sadalanan heyvan növləri dövlət təbiət qoruqları ərazisində və ya milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər heyvan növü üçün 3 qat hesablanır: "Belə ki, həmin ərazilərdə bir baş bəbir qanunsuz ovlanarsa 9900 manat, ceyran üçün 1650 manat, qonur ayı üçün 1320 manat, şahin quşu üçün 3300 manat, bəzgək üçün 990 manat, dovdaq üçün 1650 manat, turac üçün 990 manat, qu quşu üçün isə 1650 manat cərimə tətbiq edilir".

ONA

Teqlər:

SON XƏBƏRLƏR