• SOSİAL

    14:48 13 yanvar 2022

Qar yağacaq, çovğun olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yaxın 2 gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

ONA xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 18-23 m/s, arabir 25 m/s, 13-dən 14-nə keçən gecə və 14-də səhər arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

Qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimalı var.

14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq 14-ü axşamadək yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 13-ü axşamdan 16-dək şimal-qərb, qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Yağıntı 14-ü axşamadək davam edəcək.

Havanın minimal temperaturunun 14-dən 15-nə keçən gecə Mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacağı gözlənilir.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR