• SOSİAL

    16:50 26 fevral 2025

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq-XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında qar yağacaq

Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

ONA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağıntıların intensivləşməsi gözlənilir

Yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturu düşəcək

Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.

Yollarda buzlanma təhlükəsi

Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR