• SOSİAL

    14:10 21 fevral 2025

Qar yağacaq, yollar buz bağlayacaq - HAVA PROQNOZU

Fevralın 22-də gözlənilən hava proqnozu açıqlanıb.

ONA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətdən məlumat verilib.

Fevralın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz saatlarında yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə və gündüz 70-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi bölgələrdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR