• SOSİAL

    13:14 29 noyabr 2021

Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb

2020-ci ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub.

APA-nın məlumatına görə, bunu Coğrafiya İnstitutunun Elmi şurasının iclasında baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

Onun sözlərinə görə, bu, ölkənin ümumi əhalisinin 8,94%-ni təşkil edir: "1979-cu ildən sonra ərazidə kənd əhalisinin payının yüksək olması təbii artımın çoxluğu səbəbindən əhali artımı ölkə üzrə olan göstəricidən xeyli yuxarı (167,1%) olub. Əhali sayının artımı ən çox Ağdam rayonunda (91,0 min nəfər), ən aşağı artım isə Xocavənd rayonunda qeydə alınıb.

2019-cu ildə Qarabağ iqtisadi rayonunda doğum əmsalı 12,9 ölkə üzrə orta hesabla 14,3 səviyyəsində, təbii artım əmsalı isə müvafiq olaraq 8,0 və 8,7 qeydə alınıb. Kəndlərin yüksəklik qurşaqları üzrə yerləşməsi baxımından ərazidə Şuşa rayonunun Turabxan (2000 m) və Paşalar (1780) kəndləri ən yüksəkdə yerləşən kəndlər hesab edilir".

ONA

Teqlər:

SON XƏBƏRLƏR