• SOSİAL

    19:06 25 fevral 2019

Qarabağ Qaziləri İB-nin sədri: "Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk"

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı gözlənilən idi”.

Bunu ONA-ya açıqlamasında Qarabağ Qaziləri İctimai Birliyinin (İB) sədri Asəf Əliyev deyib.

A. Əliyev bildirib ki, ölkə başçısı vaxtaşırı müharibə əlillərinin, şəhid ailələrinin, veteranlarının sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq addımlar atır, sərəncamlar imzalayır.

“Bütün bunlara görə, müharibə əlillərinin, şəhid ailələrinin, veteranlarının sosial müdafiəsinin gücləndirilməsini diqqətdə saxlayan Silahlı Qüvvələrin Ali Baş Komandanına, cənab Prezidentə öz dərin minnətdarlığımızı bildiririk. Ümid edirik ki, bu addımlar ardıcıl və davamlı olacaq. Bununla belə, müharibə iştirakçılarının bir çox problemi hələ də qalmaqdadır. Biz həmin məsələləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşü zamanı qaldırmışdıq və onun diqqətinə çatdırmışıq”, - deyə A. Əliyev vurğulayıb.

"Dövlət başçısı tərəfindən veteranlara prezident təqaüdünün verilməsi çox gözəl addım oldu”.

Bu sözləri isə ONA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Emil Həsənli qeyd edib ki, prezidentin sərəncamı ilə artıq veteranlar da təqaüd alacaq: "Prezident təqaüdü bundan qabaq yalnız Milli Qəhrəmanlara, Qarabağ əlillərinə, 20 yanvar hadisələrin iştirakçılarına və şəhid ailələrinə verilirdi. İndi isə bu təqaüdünün veteranlara da şamil edilməsi gözəl addım oldu”.

QHT rəhbəri prezidentin sosial siyasətlə bağlı verdiyi sərəncamların əhəmiyyətindən də danışıb: “Əmək haqları, təqaüdlər, şəhid ailələrinin müavinətləri, Əfqanıstan müharibəsi zamanı həlak olan şəxslərin ailələrinə verilən müavinətlər artırılıb. Həmçinin, ötən il ərzində müavinət alan şəxslərin sayı çoxaldılıb, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bir çox hərbi qulluqçu, məcburi köçkün evlə təmin olunub. Bu il ərzində şəhid ailələrinə ödənilən 11 min manatın verilməsi təmin edildi. Biz əmin ki, bu siyasət davamlı olacaq”.

Qeyd edək ki, sərəncam əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilib, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması nəzərdə tutulur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR