• SOSİAL

    13:40 3 iyun 2024

Qarabağ Universitetinin 3 fakültəsinə dekan vakansiyası elan olunub

Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələrinə dekan vəzifələri üzrə vakansiyalar elan edilib.

ONA xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (sahəsi üzrə) fakültə dekanı” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/0t4h5

ONA

Teqlər:

SON XƏBƏRLƏR