Bu gün Gorus-Xankəndi istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.
APA xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçiblər.
Eyni zamanda, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağın tibbi ehtiyacları olan 17 erməni sakininin Laçın yolu ilə sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana təxliyəsini həyata keçirib.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.